Ermənistan Macarıstanla diplomatik əlaqələri kəsdi
Bütün Xəbərlər
22:53 31.08.2012
2131
Ermənistan Macarıstanla bütün diplomatik əlaqələrini dayandırıb. ANS PRESS-in “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, Ermənistan prezidenti Serj Sarkisyan bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri ilə birgə keçirilən fövqəladə iclasda bildirib ki, Macarıstanla bütün diplomatik münasibətlər və rəsmi əlaqələr bu gündən etibarən dayandırılır.Bu arada, Ermənistan parlamentinin spikeri Ovik Abramyan Macarıstana edəcəyi rəsmi səfəri qeyri-müəyyən müddətə təxirə salıb. “Armtoday”ın məlumatına görə, səfər Macarıstan parlamenti sədrinin dəvəti ilə sentyabrın sonlarında həyata keçirilməli idi.