Ermənistan maviləşir! Bir neçə ilə ölkədə kişi qalmayacaq
MARAQLI
13:14 29.08.2011
2322
Wikileaks saytı Ermənistanla bağlı maraqlı sənəd açıqlayıb. Sənəddə bu ölkədə homoseksualların sayının artdığı, onların hüquqlarının “tapdandığı” bildirilir. ABŞ-nın Ermənistandakı səfirliyində çalışan diplomatın dövlət katibinə göndərdiyi hesabatda “2003-cü ildə homoseksualizmin Ermənistanda qanuniləşməsinə baxmayaraq cəmiyyətin onlara münasibəti tolerant deyil”, - deyə qeyd edilir. Hesabatda qeyri-rəsmi göstəricilərə görə, mavilərin sayının artdığı və hətta İrəvanda homoseksual gecə klublarının fəaliyyət göstərdiyi deyilir. “Çox maraqlıdır ki, əgər əvvəllər polislər homoseksuallığa görə cinayət məsuliyyətinə cəlb edirdilərsə, indi müvafiq qanunun qəbul edilməsindən sonra onlar homoseksualları tutaraq yüksək vəzifələrdə olan mavi-çinovniklər və seksual azlıqlara aid biznesmenlər barədə məlumat verməyi tələb edirlər” deyən yerli Helsinki Təşkilatının sədri Mikael Danielyan Ermənistan ordusunda mavilərin seksual təcavüzə məruz qaldıqlarını da söyləyib. Rəsmi göstəricilərə rəğmən, müstəqil həkimlər Ruzan Azatyan və Aram Barsegyan Ermənistanda AİDS xəstələrini sayının artmasını homoseksuallığın artması ilə əlaqələndirirlər. Onların fikrincə, ölkədə HİV infeksiyalıların çoxalması Avropa göstəricilərindən yüksəkdir. A.Barsegyanın fikrincə, “homoseksualların cəmiyyətə açıq şəkildə çıxması Ermənistanın Avropa ölkəsi olmasının göstəricisidir”. Erməni maviləri isə sayları artdığından hətta ictimai rəydən də çəkinmirlər. Onlar İrəvanın “Komaygi” parkında yığışmaqdan belə qorxmurlar. Xatırladaq ki, hələ 2010-cu ildə mavilər yerli polisin rəisi Alik Sarkisyanın onlara qarşı “qanunsuz” hərəkətlərinə görə prezident S.Sərkisyana məktub yollamışdılar. Məktubda bildirilirdi ki, təqiblərə son qoyulmasa, onlar yüksək postlarda oturan çinovniklərin adlarını çəkmək məcburiyyəti qarşısında qalacaqlar. Məktub prezident Sərkisyana o qədər sehrli təsir göstərdi ki, polisə tapşırıq verildi ki, Ermənistanın avropalaşmasının qarşısını almasın. Hətta yerli geylər Fransada yaradılan erməni geylərinin AGLA təşkilatının yerli ofisini, daha sonra isə özlərinə məxsus “Menk” təşkilatını təsis etdilər. Onlara xidmət edən həmçinin GeyErmənistan.com saytı da fəaliyyət göstərir. Ermənistan maviləri Avropada da təmsil olunurlar. Belə ki, onlar Avropa gey-paradlarında fəal iştirak edirlər, hətta keçən il ermənilər Mişa və Arno rəsmi olaraq nikahı məhz Eçmiədzində bağlayıblar. Rəsmi kilsə strukturunun buna qarşı çıxmamasının səbəbini isə yerli analitiklər kilsə strukturlarında homoseksuallığın inkişafında görürlər, başqa sözlə desək erməni keşişləri arasında da mavilər çoxdur. Yeri gəlmişkən, Menk təşkilatı 2020-ci ildə Qafqazda ilk dəfə olaraq Ermənistanda gey-parad keçirməyə planlaşdırır. Hələliksə cəmiyyətdə “təbliğat işləri” gedir. Nəhayət, ermənilər də hansısa göstəricidə birinci oldular. Erməni cəmiyyətində qeyri-rəsmi olsa da ərli kişilərin saylarının artığına görən yerli ekspertlər isə bunu genofonda təhlükə sayırlar. Erməni qadınları həyəcan siqnalı çalır. Qeyri-rəsmi göstəricilərə görə, qonşu ölkədə mavilərin sayı 10 mindən artıqdır. www.GayArmenia.com saytının təsisçisi Mişa Merujanın verdiyi məlumata görə, artıq min nəfərə qədər erməni saytın qeydə alınmış rəsmi istifadəçisidir. “Çoxları utanır, çoxları qorxur, amma bizim saytda minlərlə erməni homoseksualları problemsiz ünsiyyət qura bilərlər”, - deyə o əlavə edib. Xatırladaq ki, 2010-cu il dünya çempionatına Tallinndə keçirilən hazırlıq mərhələsində Estoniya futbol federasiyasının prezidenti Ayvar Poxlak KİV-lər qarşısında birdən-birə erməni futbolçuların üstünə düşərək, nalayiq sözlər istifadə etmişdi. Daha sonra, mətbuat konfransında davranışının səbəblərini izah edən Poxlak futbolçulardan birinin açıq mətnlə ona intim münasibətlər təklif etdiyini bildirmişdi. Xatırladaq ki, bu matçda Estoniya Ermənistana 1-0 hesabla qalib gəldi.