Ermənistan mətbuatı: Xankəndi hava limanı sertifikat alıb
Bütün Xəbərlər
13:43 02.10.2012
1672
Bu barədə sevinclə erməni KİV-ləri xəbər verir - Mülki Aviasiya İdarəsinin rəisi Odabaşyanın sözlərini dərc edirlər. Sən demə, bu oyuncaq respublikada belə bir vəzifə də var imiş ki, hava limanı da çoxdan gözlədiyi sertifikatı alıb. Bu kağızı kim verib, ona kimin qol çəkməsi barədə heç nə məlum deyil. Hələ bu harasıdır, həmin hava dahisinin sözlərinə görə, Xankəndi aeroportu bütün beynəlxalq standartlara cavab verir, təyyarə qəbuluna və yola salınmasına hazırdır. Onun beynəlxalq standartlara yararlı olmasını kim yoxlayır, uçuşlar nə vaxt başlayacaq, bütün bunlar qaranlıqdır. Hava limanının ətrafında qalxmış səs-küydən böyük mistifikasiya iyi gəlir. Elə həmin erməni mətbuatının yazdığına görə, bu gün Xankəndində ən çox satılan məhsul qovrulmuş günəbaxan tumudur. İnsanlar burada hətta Ermənistandakından da yoxsuldurlar, amma əvəzində aeroport var. Yəni orada yaşayanlarda ümid yaranıb ki, nə vaxtsa təyyarəyə oturacaqlar və bu şəhərdən birdəfəlik uçub gedəcəklər. Dağlıq Qarabağın bir çox baməzə adamları sanırlar ki, artıq tanınmamış respublikanın öz donanmasını yaratmaq barədə düşünməyin vaxtı çatıb. Qoy əvvəlcə Sevan gölündə üzsün, sonra onun üçün kiçik bir göl qazıb düzəltmək olar. Amma gör necə səslənir - "Dağlıq Qarabağ donanması". Sonra kosmosun mənimsənilməsi barədə də düşünmək olar. Bizim qonşular fikir icad eləməyi sevirlər.