Ermənistan Ordusu Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmaqda davam edir

Ermənistan Ordusu Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmaqda davam edir
Bütün Xəbərlər
10:32 15.02.2012
1106
Ermənistan Ordusunun bölmələri fevralın 14-də saat 12.05-dən 12.20-dək Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 15.30-dan 16.00-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.
AZXEBER.COM-a  Müdafiə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub. 
OXŞAR XƏBƏRLƏR