Ermənistan ordusunun əsgəri intihar etdi

Ermənistan ordusunun əsgəri intihar etdi
Bütün Xəbərlər
16:18 10.09.2012
972
Ermənistan ordusunun əsgəri intihar edib.
ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Ermənistan ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu Arman Sarkisyanın meyidi İrəvan qarniziyonunun hərbi hissələrindən birində aşkarlanıb.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, hadisə yerinə əməliyyat qrupu göndərilib. Meyid ekspertizadan keçirilib. İlkin ehtimala görə, A. Sarkisyanın özünü öldürdüyü müəyyənləşdirilib.
Hadisə ilə bağlı özünü öldürmə həddinə çatdırma maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR