"Ermənistan sərhəddə canlı qüvvə və döyüş texnikası cəmləşdirir, təxribata zəmin yaradır"

"Ermənistan sərhəddə canlı qüvvə və döyüş texnikası cəmləşdirir, təxribata zəmin yaradır"
SİYASƏT
11:01 11.05.2023
259
Basarkeçər rayonunun Zod istiqamətində əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirən Ermənistan silahlı qüvvələri bölmələrinin aktivliyi tərəfimizdən müşahidə edilir.

Bu barədə AZXEBER.COM-a Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

"Bununla qarşı tərəf növbəti təxribata zəmin yaratmağa cəhd göstərir. Bir daha bildiririk ki, bölgədə yaranmış gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - məlumatda qeyd olunub.
OXŞAR XƏBƏRLƏR