Ermənistan Teleradio Şəbəkəsinin direktoru istefa verib

Ermənistan Teleradio Şəbəkəsinin direktoru istefa verib
DÜNYA
21:01 29.03.2024
188
Ermənistan Teleradio Şəbəkəsi Qapalı Səhmdar Cəmiyyətinin direktoru Muşeq Militonyan istefa verib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, o, istefasının səbəbini açıqlamayıb.

Qeyd edək ki, M.Militonyan Ermənistan Yazıçılar İttifaqının sədri Edvard Militonyanın oğludur. O, 2019-cu ildən bu vəzifədə işləyirdi.

Bir müddət əvvəl Ermənistan Teleradio Şəbəkəsi "RTR-Planeta” telekanalının "Vladimir Solovyovla axşam” müəllif verilişinin bağlanmasına qərar verib. M.Militonyanın istefasının bu məsələ ilə bağlı olub-olmadığı məlum deyil.
OXŞAR XƏBƏRLƏR