Ermənistan Türkiyə ərazisi ilə Suriyaya yardım göndərib

Ermənistan Türkiyə ərazisi ilə Suriyaya yardım göndərib
DÜNYA
13:35 21.03.2025
227
Ermənistan Türkiyə ərazisi ilə Suriyaya yardım göndərib.

Ermənistan xarici işlər nazirinin müavini Tak Vaan Kostanyan bununla bağlı türkiyəli həmkarlarına təşəkkür edib.

Qeyd edilib ki, humanitar yüklü 4 maşın bu gün Ermənistan-Türkiyə sərhədindəki Marqara sərhəd-keçid məntəqəsindən keçib.

Xatırladaq ki, Ermənistan hökumətinin qərarı ilə Türkiyə üzərindən Suriyaya humanitar yardımın göndərilməsi üçün Ermənistan-Türkiyə sərhədindəki Marqara sərhəd-keçid məntəqəsi martın 21-dən 31-dək açılıb. Bildirilib ki, bu qərarın qəbulu Ermənistan Respublikası adından Suriya Ərəb Respublikasına göndərilmiş humanitar yardımın Türkiyə ərazisindən quru nəqliyyatı ilə daşınması zərurəti ilə əlaqədardır.

 ///apa
OXŞAR XƏBƏRLƏR