“Ermənistan Türkiyədə hakimiyyət dəyişikliyinin baş verəcəyinə ümid edir” - Politoloq

“Ermənistan Türkiyədə hakimiyyət dəyişikliyinin baş verəcəyinə ümid edir” - Politoloq
SİYASƏT
15:35 14.05.2023
281
"Ermənistanın belə təxribatlara əl atmasının əsas hədəfi sülh razılaşmasının şərtlərinin deyil, atəşkəs məsələsinin gündəliyə çıxarılmasıdır”

Bu sözləri AZXEBER.COM-a açıqlamasında politoloq Anar Əliyev deyib.

"Mayın 1-dən 4-nə qədər Azərbaycan və Ermənstan xarici işlər nazirləri arasında sülh müqaviləsinin  imzalanması istiqamətində müzakirələr həyata keçirildi. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun açıqlamasına və ABŞ mətbuatının yazdığına görə bir sıra məsələlərdə müəyyən qədər irəliləyişlər əldə olundu. Vaşinqton danışıqlarında bir addım da irəliyə gedildi. Ancaq çox təəssüf ki, bu danışıqlardan qısa bir müddət sonra Ermənistan tərəf növbəti təxribatlar törətməklə münasibətləri gərginləşdirmək və əldə olunan razılaşmaları sıfırlamağa çalışır. Bu təsadüfi deyil. Bu günə qədər əldə olunmuş razılaşmalardan sonra Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək əvəzinə münasibətlərdə gərginliklər,  öhdəliklərdən yayınma imkanı formalaşdırmağa çalışır. Biz bunu bir neçə dəfə müşahidə etmişik”.

Anar Əliyev 2022-ci il  31 avqust tarixli Brüssel görüşünü xatırladaraq, Ermənistanla Azərbaycan arasında çox ciddi müzakirələr və bu müzakirələr nəticəsində uğurlu gedişlər əldə olunduğunu söyləyib:

"Ermənistana üzərinə götürdüyü öhdəliklərlə bağlı vaxt məhdudiyyəti qoyulmuşdu. 
Bu vaxt məhdudiyyəti çərçivəsində Ermənistanla Azərbaycan xarici işlər nazirləri arasında görüş keçirilməli və ilkin razılıq mətni razılaşdırılmalı idi. 
Təəssüf ki, həmin görüşdən qısa bir müddət sonra 12-13 sentyabr Ermənistan tərəfindən təxribatlar törədildi. Sülh gündəliyi sıfırlanmış oldu. Bu görüşdən sonra da 14 may liderlər arasında planlaşdırılan görüş ərəfəsində Ermənistanın belə təxribatlara əl atmasının əsas hədəfi sülh razılaşmasının şərtlərinin deyil, atəşkəs məsələsinin gündəliyə çıxarılmasıdır.  Bununla da Ermənistan tərəfi və Ermənistanın havadarları prosesləri bir qədər də uzatmağa çalışırlar”.

Politoloq bildirib ki, Ermənistanın əsas hədəfi Türkiyədə 14-may tarixində keçiriləcək seçkilərin nəticəsində onların  ümid etdiyi  hakimiyyət dəyişikliyinin baş tutmasıdır: 

"Ermənistan hesab edir ki, 14-maydan sonra Türkiyədə hakimiyyət dəyişikliyi baş verəcək.
Onların tapşırığı əsasında davranışlar nümayiş etdirən komanda hakimiyyətə gələcək. Bundan sonra Türkiyənin Azərbayacana dəstəyi açıq şəkildə zəifləmiş olacaq. Türkiyədən açıq dəstək ala bilməyən Azərbaycana daha böyük təzyiqlər etməklə, Ermənistanın və havadarlarının maraqlarına  uyğun razılaşmalar əldə oluna biləcək. Hesab edirəm ki, başlıca hədəf bundan ibarətdir. Ona görə də mümkün qədər prosesləri uzatmaq üçün belə təxribatlar əl atırlar.  Ermənistanın belə təxribatlara getməsi onu gösətirir ki, məqsəd böyükdür. Bu məqsədlər təəssüf ki, bölgə xalqlarının, Ermənistan xalqının belə gələcək maraqlarına xidmət etmir”.

Şəbnəm Zahir
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ukrayna ABŞ-nin 30 günlük atəşkəs təklifini qəbul etməyə hazırdır
22:24 11.03.2025
Ukrayna ABŞ-nin 30 günlük atəşkəs təklifini qəbul etməyə hazırdır
Mənsum İbrahimov qızıl medalla təltif olundu - FOTO
22:10 11.03.2025
Mənsum İbrahimov qızıl medalla təltif olundu - FOTO
Tanınmış cərrah vəfat etdi
22:06 11.03.2025
Tanınmış cərrah vəfat etdi
KİV: ABŞ-Ukrayna danışıqları başa çatıb
21:59 11.03.2025
KİV: ABŞ-Ukrayna danışıqları başa çatıb
Sertifikasiya imtahanında hansı müəllimlərin iştirak edə bilməyəcəyi açıqlanıb
21:47 11.03.2025
Sertifikasiya imtahanında hansı müəllimlərin iştirak edə bilməyəcəyi açıqlanıb
İftar vaxtı - 12 mart 2025: Ramazanın 12-ci günü
21:41 11.03.2025
İftar vaxtı - 12 mart 2025: Ramazanın 12-ci günü
Leyla və Arzu Əliyevalar İsmayıllıda - FOTOLAR
21:33 11.03.2025
Leyla və Arzu Əliyevalar İsmayıllıda - FOTOLAR
Xankəndi, Xocalı və Ağdərədə bayram tonqalları qalanıb - FOTOLAR
21:27 11.03.2025
Xankəndi, Xocalı və Ağdərədə bayram tonqalları qalanıb - FOTOLAR
131 nəfər hərbi qulluqçu yeni mənzillə təmin olunacaq
21:03 11.03.2025
131 nəfər hərbi qulluqçu yeni mənzillə təmin olunacaq
Basketbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçı bəlli olub
20:57 11.03.2025
Basketbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçı bəlli olub
Rəna Nəsirova yeni vəzifəyə təyin olundu
20:54 11.03.2025
Rəna Nəsirova yeni vəzifəyə təyin olundu
Rəşad Nəbiyev İspaniyanın Ticarət məsələləri üzrə dövlət katibi ilə görüşüb
20:45 11.03.2025
Rəşad Nəbiyev İspaniyanın Ticarət məsələləri üzrə dövlət katibi ilə görüşüb
Paşinyan QORXU İÇİNDƏ: “Güc dili ilə danışarsa, daha ağır məğlubiyyətlə üzləşə biləcəyini yaxşı anlayır”
20:38 11.03.2025
Paşinyan QORXU İÇİNDƏ: “Güc dili ilə danışarsa, daha ağır məğlubiyyətlə üzləşə biləcəyini yaxşı anlayır”
Zərərçəkmişlər Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib
20:30 11.03.2025
Zərərçəkmişlər Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib
“Ruben elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb”
20:27 11.03.2025
“Ruben elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb”
Azərbaycan və Türkiyə arasında dini sahədə əməkdaşlığın daha da təkmilləşdirilməsi müzakirə edilib
20:14 11.03.2025
Azərbaycan və Türkiyə arasında dini sahədə əməkdaşlığın daha da təkmilləşdirilməsi müzakirə edilib