Ermənistan Türkiyəyə “yardım əli”ni təklif edib

Ermənistan Türkiyəyə “yardım əli”ni təklif edib
Bütün Xəbərlər
13:11 24.10.2011
1468
Ermənistan Türkiyəyə Van bölgəsində baş vermiş zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün öz yardımını təklif edib. ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan prezideni Serj Sarkisyanın teleqramında bildirilir. “Çox hörmətli cənab prezident! Vanda dağıntılar və insan tələfatı ilə müşayiət olunan zəlzələnin baş verməsi xəbərini dərin kədər hissi ilə qarşıladım. Bildirirəm ki, Ermənistanın xilasedicilərdən ibarət xüsusi təyinatlı qrupu ən qısa zamanda zəlzələnin episentri olan əraziyə gedərək xilasetmə işlərinə başlaya bilər”, - deyə teleqramda bildirilir.
OXŞAR XƏBƏRLƏR