Ermənistan üç ölkəyə yeni səfirlər təyin etdi

Ermənistan üç ölkəyə yeni səfirlər təyin etdi
DÜNYA
11:47 12.04.2025
262
Ermənistanın Yaponiya, Kamboca və Moldovada yeni səfirləri təyin edilib.

AZXEBER.COM Ermənistan mətbuatına istinadən xəbər verir ki, müvafiq fərmanları prezident Vaaqn Xaçaturyan imzalayıb.

Yaponiyada səfir vəzifəsinə Monika Simonyan təyin edilib. Bu təyinata qədər o, Yaponiyadakı səfirlikdə ataşe vəzifəsində çalışıb.

Ermənistanın Moldovadakı yeni səfiri Tiqran Qalstyandır, o, eyni zamanda ölkənin Rumıniyadakı diplomatik nümayəndəsidir.

Ermənistanın Kambocadakı səfiri vəzifəsinə isə Suren Baqdasaryan təyin edilib. O, həmçinin ölkənin Vyetnamdakı nümayəndəsidir.//report
OXŞAR XƏBƏRLƏR