Ermənistan üçün son yol: Qadınlar orduya cəlb edilir - VİDEO

Ermənistan üçün son yol: Qadınlar orduya cəlb edilir - VİDEO
SİYASƏT
10:04 15.09.2023
314
Ermənistanda qadınlar könüllü olaraq hərbi xidmətə cəlb olunacaq.

Bu barədə ölkənin Baş naziri Nikol Paşinyan hökumət iclasında deyib.

Qeyd edək ki, Ermənistanda qadınların könüllülük prinsipi əsasında hərbi xidmətə çağırılmasını nəzərdə tutan qanun layihəsi ölkənin müdafiə naziri Suren Papikyan tərəfindən parlamentə təqdim olunub və səs çoxluğu ilə qəbul edilib.

Qanun layihəsinə görə, 6 aylıq hərbi xidməti başa vuran qadınlar 2500 dollar məbləğində ödəniş alacaqlar. Həmçinin bildirilib ki, qadınlar çağırış gününə qədər hərbi xidmətdən imtina edə bilərlər.

İndiyədək Ermənistanda qadınlar müqavilə üzrə orduda xidmət göstəriblər.
 

OXŞAR XƏBƏRLƏR