Ermənistan və Fransa XİN başçıları Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Ermənistan və Fransa XİN başçıları Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
SİYASƏT
20:59 15.04.2025
460
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan fransalı həmkarı Jan-Noel Barro ilə telefon danışığı zamanı onu Cənubi Qafqazdakı sülh prosesi barədə məlumatlandırıb.

Bu barədə A.Mirzoyan "X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Jan-Noel Barro ilə söhbət zamanı ikitərəfli gündəliyimiz çərçivəsində qarşıdan gələn görüşləri müzakirə etdik. Onu regiondakı vəziyyət və Azərbaycanla sülh sazişinin imzalanması yolu da daxil olmaqla Cənubi Qafqazda sülhün möhkəmləndirilməsinə yönəlmiş davamlı səylər barədə məlumatlandırdım", - o yazıb.
 
///Report


OXŞAR XƏBƏRLƏR