Ermənistan XİN: Sazişin imzalanması ciddi addım olacaq

Ermənistan XİN: Sazişin imzalanması ciddi addım olacaq
SİYASƏT
11:28 14.09.2025
226
Azərbaycan və Ermənistan arasında sülh sazişinin mümkün qədər qısa müddətdə imzalanması mövcud sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq.

AZXEBER.COM xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan "Armenpress” agentliyinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hələ 13 martda saziş mətninin razılaşdırıldığı elan edilərkən, Ermənistan tərəfi sənədin tezliklə imzalanmasına hazır olduğunu bəyan edib. Bu mövqe 8 avqustda sazişin paraflanması ilə də təsdiqlənib və beynəlxalq ictimaiyyət tərəfindən geniş dəstək qazanıb.

Ani Badalyan vurğulayıb ki, Ermənistanın prinspial mövqeyi dəyişməyib: "Sazişin qısa zamanda imzalanması mövcud sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq”.
 
 
///APA
OXŞAR XƏBƏRLƏR