Müdafiə naziri bildirib ki, vasitəçi rolunu oynayan Minsk qrupunun fəaliyyəti də indiyədək konkret heç bir nəticə verməyib. Regiondakı mövcud hərbi-siyasi vəziyyətlə qonağı tanış edən Əbiyev vurğulayıb ki, Ermənistan təcavüzkar siyasətini davam etdirməkdədir. Nazirin sözlərinə görə, belə vəziyyətdə Azərbaycanın öz ordusunu gücləndirərək işğal altında olan torpaqlarını azad etməkdən başqa yolu qalmır. Görüşdə Azərbaycanla ABŞ-ın strateji tərəfdaş ölkələr olduğunu diqqətə çatdıran müdafiə naziri Silahlı Qüvvələrimizlə Oklahoma Ştatı Milli Qvardiyası arasında uzun müddət davam edən səmərəli hərbi əməkdaşlığı təqdirəlayiq nümünə kimi diqqətə çatdırıb.