Ermənistan yeni müharibəyə hazırlaşır?

Ermənistan yeni müharibəyə hazırlaşır?
SİYASƏT
15:35 12.03.2021
5367
Son günlər Ermənistan hakimiyyəti öz pafoslu və revanşist açıqlamaları ilə gündəmə gəlir. 

Qarabağ müharibəsində acı məğlubiyyətə baxmayaraq Ermənistan yenidən öz çirkin əməllərini icra etməyə çalışır. 

Ölkənin ərazi idarəçiliyi və infrastruktur naziri Sürən Papikyan bildirib ki, yeni nüvə elektrik stansiyası tikmək niyyətindədirlər.
 
Sabiq prezident Robert Köçəryanın sözlərinə görə isə silahlı qüvvələrin yenidən bərpası üçün 3 milyard dollar vəsait lazımdır. 

Bəs müharibədən sonra ağır durumda olmasına baxmayaraq bu cür fikirlər səsləndirmək həqiqəti əks etdirirmi?

Politoloq Elxan Şahinoğlu AZXEBER.COM-a açıqlamasında deyib ki, Ermənistan hakimiyyətinin bu cür fikirləri yalnız reklam məqsədi daşıyır:

"Bu cür açıqlamalar reklam məqsədi daşıyır. Onların böyük büdcəsi də yoxdur ki, belə layihələr icra etsinlər. Sadəcə Azərbaycandan geri qalmadıqlarını göstərmək üçün, ölkənin ağır vəziyyətində xalqı ruhlandırmaq üçün cəfəng fikirlər səsləndirirlər. 

Onlar guya ki, hansısa ölkələrlə layihələr icra edəcəklər. Nəzərə alsaq ki, ölkədə mövcud xaos vəziyyəti hökm sürür, belə vaxtda heç bir ölkə Ermənistana yatırım etməz. Müharibə zamanı düçar olduqları ağır məğlubiyyətdən sonra yaranan iqtisadi böhran və s. amillər onları absurd fikirlər səsləndirməyə vadar edir".


Politoloq bildirib ki, hazırda məğlub orduya sahib olan Ermənistandan fərqli olaraq, Azərbaycan öz ordusunu daha da gücləndirmək istiqamətində işlər aparır. Bu səbəbdən orduda yeni təlimlərə də start verilib: 

"Orduda təlimlərin təşkil edilməsi müharibədən xəbər vermir, bu, ordunun gücünü daha da artırmaq və yeni modern silahlarla təmin etmək üçündür. Azərbaycan ordusu müharibədən sonra müxtəlif təlimlər keçirib. Təlimlər Azərbaycan ordusunun daha güclü olması, müasir silahlarla  təchiz edilməsi üçündür. Dövlət başçısının da qeyd etdiyi kimi Azərbaycan ordusu Türkiyə ordusunun kiçik modelinə çevrilməlidir. Təbii ki, ehtiyac yaranarsa, ordu yenə də öz sözünü deyəcək, amma Ermənistan Azərbaycanla yenidən müharibə aparmaq gücündə deyil".
 
Aydın Nuri
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ölən qızı 11 ay əvvəl boşanıbmış
03:00 11.10.2026
Ölən qızı 11 ay əvvəl boşanıbmış
ABŞ Kiyevi kəşfiyyat məlumatlarını kəsməklə hədələdi
02:46 11.10.2026
ABŞ Kiyevi kəşfiyyat məlumatlarını kəsməklə hədələdi
Hindistanda "Tarakanlar Partiyası" etiraz keçirdi: Beş mindən çox saxlanan var
02:30 11.10.2026
Hindistanda "Tarakanlar Partiyası" etiraz keçirdi: Beş mindən çox saxlanan var
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ
02:18 11.10.2026
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
02:06 11.10.2026
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
Pakistan-Əfqanıstan sərhədində toqquşma oldu
01:50 11.10.2026
Pakistan-Əfqanıstan sərhədində toqquşma oldu
İranın cənub-şərqində partlayış oldu - Yüksək rütbəli polis zabiti öldü
01:36 11.10.2026
İranın cənub-şərqində partlayış oldu - Yüksək rütbəli polis zabiti öldü
01:25 11.10.2026
''Uşaqların geyimini zərərli mübahisəyə çevirmək cəhdləri var'' - Bahar Muradova
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
01:15 11.10.2026
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
01:13 11.10.2026
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
01:03 11.10.2026
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
00:50 11.10.2026
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər
00:40 11.10.2026
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər
İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı
00:30 11.10.2026
İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
00:20 11.10.2026
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
“Azərbaycan dilində Azərbaycana qarşı informasiya müharibəsi aparılır” - Hacıbəy Heydərli yazır
00:10 11.10.2026
“Azərbaycan dilində Azərbaycana qarşı informasiya müharibəsi aparılır” - Hacıbəy Heydərli yazır