Ermənistan zərbə PUA-sı tətbiq edib - Daha 2 hərbçimiz yaralandı

Ermənistan zərbə PUA-sı tətbiq edib - Daha 2 hərbçimiz yaralandı
SİYASƏT
10:57 01.09.2023
940
Sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib.

Bu barədə AZXEBER.COM-a Müdafiə Nazirliyindən məlumat verilib.

Nəticədə daha iki hərbi qulluqçumuz yaralanıb.

Hazırda qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən qətiyyətli cavab tədbirləri görülür.
OXŞAR XƏBƏRLƏR