Ermənistanda ara qarışır: Komandirini bıçaqlayan şəxsi müdafiə naziri etdi və ... - TƏHLİL

ÖZƏL
12:20 16.11.2021
589

Son günlər Ermənistanda baş verən hadisələr yeni sualların ortaya çıxmasına səbəb olub.

Eks müdafiə naziri Arşak Karapetyan bir neçə gün əvvəl qanunsuz olaraq Xankəndiyə gəlməsi və ardınca onun işdən çıxarılması, yerinə isə baş nazirin müavini Suren Papikyanın gətirilməsi müzakirələrə səbəb olub.

Arşak Karapetyan

Məlumat üçün bildirək ki, Karapetyan 1993-cü ildən 2018-ci ilə qədər Ermənistan Silahlı Qüvvələrində xidmət edib. O, əvvəllər Silahlı Qüvvələrin Baş Qərargahının kəşfiyyat idarəsinin rəisi vəzifəsində çalışıb, lakin 2016-cı ildə Qarabağ münaqişəsində silahlı qüvvələrin kəşfiyyatında yol verdiyi nöqsanlara görə 2016-cı ildə bu vəzifədən azad edilib. 2018-2021-ci illərdə baş nazir Nikol Paşinyanın müşaviri olub. 20 iyul 2021-ci ildə baş nazir Nikol Paşinyanın qərarı ilə müdafiə nazirinin birinci müavini, həmin il avqustun 2-də isə müdafiə naziri təyin edilib.

Yeni müdafiə naziri Suren Papikyanın isə, heç də parlaq keçmişi olduğunu demək olmaz. Onun haqqında da zaman-zaman Ermənistan mətbuatında qalmaqallı fikirlər səslənib.

Suren Papikyan

Paşinyanın müavini olmuş S.Papikyan 1986-cı ilin aprelin 26-da Ermənistanın Stepanavan şəhərində doğulub. İrəvan Dövlət Universitetinin tarix fakultəsini bitirib, 2012-2016-cı illərdə Sankt-Peterburq Dövlət Universitetinin aspiranturasında təhsil alıb. 2018-ci ildə Ermənistanın ərazi-idarəetmə və infrastruktur naziri təyin olunub. 2021-ci ilin avqustun 2-də baş nazirin müavini postuna yiyələnib.

2016-cı ildə Ermənistan Müdafiə Nazirliyinin "Qaregin Njde" ordeni ilə təltif olunub.

Bu, Papikyanın rəsmən açıqlanan tərcümeyi-halıdır.

Reallıq isə budur ki, Suren Papikyan Ermənistan Silahlı Qüvvələrində hərbi xidmətdə olarkən taqım komandiri tərəfindən dəfələrlə, sistematik zorlanıb. Bundan bezən S.Papikyan komandirini bıçaqlayıb. Faktla bağlı cinayət işi açılıb. 2006-cı ilin martın 27-də S.Papikyan İrəvandakı 5-ci qarnizon hərbi məhkəməsinin qərarı ilə 2 il 3 ay müddətinə azadlıqdan məhrum olunub. O, cəzasını Nubaraşen şəhərindəki islah-əmək düşərgəsində çəkib.

2007-ci ilin fevralın 23-də isə əfv fərmanına uyğun olaraq azadlığa çıxıb.

Ermənistan mediasında yayılan məlumatlara görə, bu dəyişiklik son günlər Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə əlaqədardır. Baş nazir Nikol Paşinyan da bu qərarı son günlər baş vermiş hadisələrin nəticəsi kimi qiymətləndirib. Suren Papikya Azərbaycanın qələbəsindən sonra Ermənistanda bir il ərzində müdafiə naziri postuna gətirilən dördüncü şəxsdir.

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu AZXEBER.COM-a açıqlamasında Arşak Karapetyanı vəzifəsindən azad edilməsinin səbəbini Azərbaycan hərbçilərinin Ermənistanla sərhəddə qazandıqları üstünlüklə bağlayır:

"Azərbaycan sərhədçiləri qışa qədər strateji mövqelərdə möhkəmlənməkdə davam edirlər. Ermənistan Müdafiə Nazirliyi əvvəlcə bu növ xəbərləri təkzib etməyə çalışır, ancaq internetdə yayımlanan görüntülər real durumu əks etdirdiyinə görə bundan sonra nazirlikdən etiraf dolu açıqlmalar gəlir. Nikol Paşinyan də elə buna görə Arşak Karapetyanı istefaya göndərdi ki, o nə sərhədi qoruya bildi, nə də reallığı əks etdirən açıqlamalar verdi".

Politoloq da təstiqləyib ki, Papiyan təyinatı problemin həlliniyaxınlaşdırmayacaq: "Paşinyan anlayır ki, erməni ictimaiyyətini aldatmaqla problem həll olunmayacaq. Ancaq Paşinyanın Arşak Karapetyanın yerinə müdafiə naziri postuna Suren Papikyanı təyin etməsi Ermənistan üçün problemin həllini yaxınlaşdırmayacaq. Suren Papikyan Paşinyanın inandığı bürokrat olsa da, Müdafiə Nazirliyi sistemində yaddır. Görünür, Paşinyana müdafiə sistemində artıq generallar yox, gənc menecerlər lazımdır. Bu Paşinyanın Ermənistan ordusunda yeni eksperimentidir və şübhəsiz Qarabağ klanının simasında radikal müxalifətin növbəti mitinqi üçün əsas yaradacaq”.

Politoloq Azərbaycanın sərhədin strateji yüksəkliklərində nəzarətini gücləndirməli olduğunu deyib:

"Biz öz işimizi davam etdirməliyik. Sərhədin strateji yüksəkliklərində nəzarətimizi gücləndirməli, o cümlədən sərhədin tərkib hissəsi olan Laçın dəhlizinin nəzarətə götürülməsinə addım-addım yaxınlaşmalıyıq. Ermənistan Zəngəzur dəhlizinin açılmasının yubadılmasının hesabını bu şəkildə ödəməlidir. Ancaq evin içində də tədbirlərimizi gücləndirməli, Qarabağ separatçıları ətrafında çəmbəri daraltmalıyıq. Azərbaycan hərbçilərinə qumbara atanlar və onları himayə edənlərin ödəyəcəyi hesab barədə də düşünməliyik”.

Aydın Nuri

OXŞAR XƏBƏRLƏR