Ermənistanda Azərbaycan film festivalı keçiriləcək
Bütün Xəbərlər
12:13 09.04.2012
1101
Aprelin 12-də Ermənistanın Gümrü şəhərində Azərbaycan filmlərinin festivalının keçirilməsi planlaşdırılır. APA-nın festivalın təşkilatçısı olan “Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzi”nə istinadən yaydığı məlumata görə, Gümrü Jurnalistlər Klubunda 2007-2008-ci illərdə Azərbaycanda çəkilmiş 4 qısametrajlı (bir sənədli, 3 bədii) filmin nümayişi planlaşdırılır. Səsvermə nəticəsində filmlərdən biri “Tamaşaçı simpatiyası” nominasiyası üzrə qalib elan olunacaq. Filmlər erməni dilinə tərcümə olunub. Festival Böyük Britaniya və ABŞ-ın Ermənistandakı səfirliklərinin dəstəyi ilə keçirilir.