Ermənistanda COVID-19-dan ölənlərin sayı 890-ı ötdü

Ermənistanda COVID-19-dan ölənlərin sayı 890-ı ötdü
DÜNYA
11:27 04.09.2020
609
Ermənistanda daha 190 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 44 461-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 4 nəfər artaraq 891-ə çatıb. İndiyədək 39 257 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 4 041 aktiv koronavirus xəstəsi var.
///Report
OXŞAR XƏBƏRLƏR