Ermənistanda dəhşətli infeksion xəstəlik yayılıb – VİDEO

SİYASƏT
18:00 17.01.2014
1571

Gümrü şəhərində uşaqların infeksion xəstəliyə tutulması ilə bağlı həyəcan təbili çalınıb

Ermənistanda dəhşəli infeksion xəstəlik yayılıb. ANS PRESS-in Armtoday.info-ya istinadən verdiyi xəbərə görə, Gümrü şəhərində uşaqların infeksion xəstəliyə tutulması ilə bağlı həyəcan təbili çalınıb. “Tsayq” televiziyasının məlumatına görə, Gümrüdə yerləşən 2 nömrəli yataqxanada 11 uşaq və 1 qadının infeksion xəstəlikdən əziyyət çəkdiyi bildirilir.Həkimin sözlərinə görə, yoluxucu xəstəliyin müşahidə olunduğu uşaqlarda dəridə yaralar və qızdırma müşahidə olunur. Xəstəliyə yoluxanların ağır iqtisadi şəraitdə, yarısökük yataqxanalarda yaşadıqları məlumdur.
 

OXŞAR XƏBƏRLƏR