Ermənistan parlamentində hakimiyyət və müxalifət deputatları arasında baş verən kütləvi dava ilə bağlı cinayət işi başlanıb.
AZXEBER.COM Lent.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğunun mətbuat katibi Arevik Xaçatryan bildirib.
Cinayət işi Ermənistan Cinayət Məcəlləsinin 297-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndi (bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq) və 452-ci maddəsinin 3-cü hissəsi (vəzifəli şəxsin xidməti və ya siyasi fəaliyyətinə təsir göstərmək məqsədilə ona və ya yaxınlarına qarşı zorakılıq tətbiq etmə) üzrə başlanıb.
Qeyd edək ki, hadisə oktyabrın 29-da parlamentin iclas zalında baş verib.
Yayılan videogörüntülərdə hakim partiyanı təmsil edən parlament sədrinin müavini Vaaqn Aleksanyanın müxalifət deputatlarına tərəf stul atdığı əks olunub.
Ermənistan Baş Prokurorluğunun məlumatına görə, oktyabrın 29-da parlamentdə baş verən kütləvi dava ilə bağlı cinayət işi açıldığı təsdiqlənib. Hadisə hakim "Vətəndaş müqaviləsi” və müxalif "Güclü Ermənistan” fraksiyalarının deputatları arasında yaşanıb. Qarşıdurma iclas zalından dəhlizə də keçib.











































