Ermənistanda koronavirusa yoluxanların sayı artıb.
Bu barədə Ermənistanın Səhiyyə nazirliyi məlumat yayıb.
Bildirilib ki, son sutkada 26 yoluxma halı qeydə alınıb. Bununla da Ermənistan üzrə koronavirusa yoluxanların sayı 1 013-ə çatıb.
Bundan başqa, ölkədə koronavirusdan 13 nəfər ölüb, 197 pasiyent müalicə olunaraq sağalıb.
///Report