Ermənistanda koronavirusdan daha 37 nəfər öldü

Ermənistanda koronavirusdan daha 37 nəfər öldü
DÜNYA
19:23 19.10.2021
291
Ermənistanda daha 1054 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 284 237-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 37 nəfər artaraq 5 842-ə çatıb.
OXŞAR XƏBƏRLƏR