Ermənistanda koronavirusdan ölənlərin sayı 183-ə çatıb

Ermənistanda koronavirusdan ölənlərin sayı 183-ə çatıb
DÜNYA
12:52 05.06.2020
762
Ermənistanda daha 596 nəfərdə koronavirus aşkarlanıb.

"Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bildirilib ki, bununla da Ermənistanda virusa yoluxanların sayı 11817-yə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 7 nəfər artaraq 183-ə çatıb. Bildirilib ki, indiyədək 3513 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 8052 aktiv koronavirus xəstəsi var.
OXŞAR XƏBƏRLƏR