Ermənistanda koronavirusdan ölənlərin sayı 60-a çatıb

Ermənistanda koronavirusdan ölənlərin sayı 60-a çatıb
DÜNYA
11:44 17.05.2020
789

Ermənistanda ötən gün koronavirusa daha 189 yoluxma qeydə alınıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin saytında bildirilir.

Qeyd edilir ki, bununla da COVID-19 xəstələrinin ümumi sayı 4 470-i ötüb. Ötən gün Ermənistanda daha beş nəfər koronavirusdan ölüb.  

"Ermənistanda koronavirusa 4 472 yoluxma təsdiq edilib, 1 925 pasiyent sağalıb. 60 insan ölüb", - nazirlikdə qeyd edilib.

Hazırda ölkədə 2 463 nəfər müalicə edilir. Məlumata görə, koronavirusla bağlı ümumilikdə 40 230 test keçirilib. 

OXŞAR XƏBƏRLƏR