Ermənistanda ''ölü canlar'' təqaüd alır

DÜNYA
08:05 29.09.2012
1638
Ermənistanın Dövlət Pensiya Fondunun keçmiş rəhbəri Vazgen Xaçikyan həbs edilib. 
AZXEBER.COM-un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Ermənistanın Respublika Prokurorluğunun yaydığı məlumata görə, Xaçikyan “ölü canlar”a pensiya verməkdə günahlandırılır. O, tutduğu vəzifədən 2010-cu ilin dekabr ayında uzaqlaşdırılıb.
Yoxlamalar zamanı bir sıra nöqsanlar üzə çıxıb. Məlum olub ki, uzun illər ərzində 60 mindən çox ölmüş insanlar pensiya alırmış.
Artıq faktla bağlı cinayət işi açılıb. Dinləmələrə 20 nəfər çağırılıb.

OXŞAR XƏBƏRLƏR