Xəbər verdiyimiz kimi, fevralın 18-də səhər Ermənistanda prezident seçkiləri ilə bağlı səsvermə başlayıb.
Seçki məntəqələri səhər saat 08-də açılıb. Ölkə ərazisində 1988 məntəqə var. Prezidentlik uğrunda 7 namizəd mübarizə aparır: indiki dövlət başçısı, Respublika Partiyasının lideri Serj Sarkisyan, sabiq baş nazir, “Azadlıq” Partiyasının lideri Qrant Baqratyan, sabiq xarici işlər naziri, “İrs” Partiyasının lideri Raffi Ovannisyan, “Milli Özünütəyinetmə Birliyi” Partiyasının lideri Paruyr Ayrikyan, Dağlıq Qarabağ separatçılarının keçmiş “xarici işlər naziri” Arman Melikyan və Vardan Sedrakyan.
Prezident 5 il müddətinə seçilir.