MDB Ölkələri Gənclər İttifaqının İdərə Heyəti Şurası bir sıra Ermənistan ictimai gənclər təşkilatı liderlərinin təşəbbüsü ilə Ermənistanda “Putin” klubunu açmaq haqqında qərar qəbul etdiyini bildirir.Rusiya Federasiyası baş nazirinin adını daşıyan ilk klubun fevralın 2-də açılacağı elan edilib.“Putin” klubu, daha doğrusu, klubları hələlik Yerevanda və Artaşatda fəaliyyət göstərən, daha sonra isə Gümri və Vanadzor şəhərlərində açılacağı nəzərdə tutulan Rus Kitab Evlərindəyerləşəcək.Təşəbbüsçülərin məqsədi “Putin” klubu vasitəsilə Rusiyanın hazırkı baş naziri və prezident namizədi Vladimir Putinin Ermənistan-Rusiya münasibətlərinə, ümumi tarixi və ümumi qələbələrinə, Avropa-Asiya İqtisadi Əməkdaşlığına(AvrAzİƏ) dair ideyalarının geniş yayılmasına xidmət etməkdir.“Ermənistan gənclərindən alınan təkliflər onların Vladimir Putinə böyük rəğbət göstərdiyini göstərir. İlk növbərə ona görə ki, Putin iki ölkə arasında münasibətlərdə önəmli məqamlarını seçib düzgün nəzərə çarpdira bilir”, - deyib media nümayəndələrinə MDB Ölkələri Gənclər İttifaqı İdərə Heyəti Şurasının sədri Andranik Nikoğosyan.Vladimir Putinin erməni pərəstişkarları “Putin” klublarında qibləgaha həsr olunmuş ədəbiyyatla tanış olar, filmlərə baxar, onun ideyaları, prinsipləri və proqramları ətrafında müzakirələr təşkil edə bilərlər.Klubun rus və erməni dillərində internet saytı açılacağı, Vladimir Putin haqqında vaxtaşırı broşur və jurnallar nəşr ediləcəyi nəzərdə tutulur.Ermənistanda “Putin” klubu yaratmaq təşəbbüsü “İnternasional” gənclər hərəkatı, “Avrasiya inteqrasiyası” təşkilatı, “Rusiya-Ermənistan irəli” fondu, Ümumdünya Beynəlxalq Gənclər Mərkəzi, “Rusiya Ermənistanda” vətəndaş təşəbbüsü və s. gənclər təşkilatları tərəfindən dəstəkləndiyi bildirilir.Yerevanın küçələrində keçerilən qısa sorğu Ermənistanda Rusiya baş nazirinin adını daşıyan klub açmaq təşəbbüsün yerli gənclər arasında heç də deyildiyi qədər populyar olmadığını qeyd etməyə əsas verir.Gənc komputer proqramçısı Aşot, sual zarafat deyilsə, belə təşəbbüslərə görə xəcalət çəkdiyini bildirdi: “Heç bilmirəm nə deyim. Təəcüblənirəm ki, kiminsə ağlına belə fikir gəlib. Onların niyyəti nə olduğunu anlaya bilmirəm, lakin bir söz deyə bilərəm ki, belə təşəbbüslər bizə hörmət gətirmir və ilk növbədə elə rusların gözündə bizi nüfuzumudzan salacaq”.Aram bir neçə il bundan əvvə Rusiya-Ermənistan Universitetini bitirib. Deyir: “Təəcüblənmirəm. Mən ruslara mədhiyyə oxuyan yaşlı müəllimlərə çox rast gəlmişəm. Onlar elə sovet vaxtından Qərblə, dünya imperializmi ilə vuruşur, Rusiyanı xilaskarımız hesab edirlər.Məncə, bu gənclər adi vəzifəpərəstlərdirlər. Yəqin bəzilərinin Rusiya ilə əlaqələri var, nə isə umurlar”.“Bəs nə üçün “Putin” klubu? Rusiyada o qədər görkəmli adlar var ki... Yazıçılar, rəssamlar, bəstəkarlar, humanistlər... Onların irsini öyrənmək üçün klub və ya cəmiyyət yaratmaq olmazdımı? Bu gün heç Rusiyanın özündə Putinə münasibət birmənalı deyil. Ermənistana Putinə kult yaradırlar? O, yenidən prezident seçilməsə və ondan əvvəlki Rusiya liderləri kimi ifşa olunub nüfuzdan salınsa neyləyəcəklər? Klubun adını dəyişəcəklər?”, - deyir 25 yaşlı Alla.“Lragir” internet qəzetinin şərhçisi Naira Hayrumyan istehza ilə ehtimal edir ki, yəqin “Putin” klubunu yaratmaqda məqsəd erməniləri AvrAzİƏ-yə cəlb etməkdir.“Yəqin bu Putinə çatıb, və Ermənistanda onun təklifinə dair lazımi münasibət formalaşdırmaq üçün bütün gənclər və cəmiyyət adından çıxış etməyə hazır olanlar tapılıb. Kitab Evlərində nadan gənclərin iştirakı ilə bir neçə tədbir keçirib, sənəd qəbul edərlər ki,Putini və onun Avrasiya İttifaqı təşəbbüsünü dəstəkləyirlər. Və təsəvvür yaranar ki, Ermənistanda ictimai rəy Putinin və SSRİ-nin bərpa olunmasının lehinədir”, - yazır “Lragir”.Lakin bu yaxınlarda Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Ermənistanın Avrasiya İttifaqına dəxil olub-olmayacağı hələ müəyyənləşdirilmədiyini bildirmişdir.Ermənistanın siyasi qüvvələri, o cümlədən hakim koalisiya partiyaları da Putinin Avrasiya İttifaqı yaratmaq təklifini böyük vəcdlə qarşılamayıblar.
/// Amerikanın səsi