Ermənistanda Serj Sarkisyanın dövründə yararsız silahların alınması ilə bağlı cinayət işi dayandırılıb

DÜNYA
11:08 11.02.2025
164
Ermənistan İstintaq Komitəsi üçüncü prezident Serj Sarkisyanın dövründə 42 milyon dollarlıq yararsız silahların alınması ilə bağlı cinayət işini dayandırıb.

Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Sarkisyana qarşı bu silahlarla bağlı ittihamı ilk dəfə baş nazir Nikol Paşinyan 2020-ci ilin mart ayında mitinqlərin birində səsləndirmişdi. O, Sarkisyanın dövründə Ermənistanın 42 milyon dollarlıq silah aldığını, lakin bunun sadəcə metal qırıntısı olduğunu bildirmişdi.Baş nazir, həmçinin bununla bağlı cinayət işinin açıldığını da qeyd etmişdi.

Bəzi məlumatlara görə, söhbət radioelektron mübarizə sistemlərindən gedirdi. İş üzrə təqsirləndirilən şəxs qismində keçən radioelektron mübarizə sistemləri qoşunlarının keçmiş komandanı polkovnik Vahan Avetisyan idi.

İndi, təxminən 6 illik istintaqdan sonra hüquq-mühafizə orqanları işi bağlamağa qərar veriblər. İlkin olaraq iş Milli Təhlükəsizlik Xidmətində araşdırılıb, sonra isə İstintaq Komitəsinə verilib.
 
///Report

OXŞAR XƏBƏRLƏR