Ermənistanın paytaxtı Yerevan şəhərində xəstəxanalardan birində tibb bacısı koronavirusa yoluxub.
"Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ermənistanın səhiyyə naziri Arsen Torosyan martın 19-da məlumat verib.
Onun sözlərinə görə, həmin tibb bacısı yoluxucu xəstəliklər xəstəxanasında peşə vəzifəsini icra edərkən yoluxub: "O, hospitala yerləşdirilib”.
Qeyd edək ki, rəsmi məlumata görə, Ermənistanda 115 nəfər koronavirusa yoluxub.