Ermənistanda Xocalıdan danışan və təzyiqlərə məruz qalan odmbusmanın - MÜSAHİBƏSİ

Ermənistanda Xocalıdan danışan və təzyiqlərə məruz qalan odmbusmanın -  MÜSAHİBƏSİ
Siyasət
18:52 08.07.2013
2358

Gün.Az-ın Moldovanın parlament vəkili, ombudsman Aureliya Qriqoriu ilə müsahibəsi:

- Xanım Qriqoriu, Ermənistanda başınıza gələnlər barədə danışardınız...

- Mən Ermənistana bu ölkənin Konstitusiya məhkəməsi tərəfindən təşkil olunan beynəlxalq konfransda iştirak etmək üçün getmişdim. Lakin iyulun 6-dan 7-nə keçən gecə bizim nümayəndə heyəti bu ölkəni tərk etməli olduğu zaman mənə vaxtında hava limanına getməyə imkan vermədilər.

Səhər saat 4-də bizim nümayəndə heyətini maşın götürüb hava limanına aparmalı idi. Saat 4.45-də, uçuşa hardasa 40 dəqiqə qalmış konfrans təşkilatçıları tərəfindən göndərilmiş avtomobilin sürücüsü bildirdi ki, məni maşına əyləşməyə qoymayacaq və heç yana aparmayacaq.

Nümayəndə heyətinin qalan üzvləri getdilər, mən isə mehmanxanada qaldım. Oradan Moldovanın Xarici İşlər Nazirliyi ilə əlaqə saxladım. Demək olar ki, yarım saatdan bir mən nazirliklə əlaqə saxlayırdım.

Bütün bu vaxt ərzində mən oteli tərk etmədim və yalnız arxamca Gürcüstan səfirliyinin nümayəndələri gələndən sonra oranı tərk etdim. Mehmanxananın müşahidə kameralarında görünür ki, mən oranı səfirlik əməkdaşlarının əhatəsində tərk etdim. Onlar məni oteldən çıxartdılar və tez maşına otuzdurdular.Bundan əlavə, qeyd edim ki, mən oteldə olduğum müddətcə kimlərsə yanıma gəlməyə cəhd göstəriblər, lakin mehmanxana əməkdaşları bunun qarşısını aldılar. Kənar şəxslərin daxil olması məhdudlaşdırılmışdı. Mənim təhlükəsizliyimi lazımi səviyyədə təmin edən otel əməkdaşlarına lazımi qiymət vermək lazımdır.- Bu biabırçı insidentə nə səbəb oldu? Biz bilirik ki, siz öz çıxışınızda Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və dinc Azərbaycan əhalisinə qarşı soyqırım törətməsi faktlarını qeyd etmisiniz…- Konstitusiya Məhkəməsi sürücüsünün bildirdiyinə görə, mən danışmamışdan qabaq düşünməli idim. O həmçinin məni aparmayacağını və hava limanına necə getməyimin mənim problemim olduğunu diqqətimə çatdırdı.

Mənimlə hesablaşacaqlarına dair təhdidlərin olduğu bir şəraitdə mən həqiqətən öz həyatım üçün əndişələnərək taksi tutmaq və hava limanına yollanmaq istəmədim. Hələ üstəlik təyyarəyə gecikdiyim bir vaxtda.

Ona görə qərara aldım ki, oteldə qalım. Bu qalmaqala Ermənistan parlamenti vitse-spikeri səbəb oldu və birinci isterikaya o başladı. Mən sözügedən konfransda hüquq müdafiəçisi kimi çıxış etdim və gələcəkdə buna yol verilməməsi məqsədi ilə insan haqlarının pozulması faktlarını gətirdim.Əgər Ermənistan demokratiyanı inkişaf etdirən ölkə statusuna iddialıdırsa, söz və ifadə azadlığını dəstəkləyirsə, onda bu ölkənin rəsmi simaları vəziyyəti gərginləşdirməməli və mənim başıma gələnlərə qədər gətirməməli idilər.

Ermənistan tərəfi mənə Azərbaycanın guya məni satın aldığı kimi damğalar vurdu. Bunlar yalandır. Ermənistanın bu kimi hərəkətləri ucuz piar variantlarından başqa bir şey deyil.- Bəs Ermənistan hakimiyyəti bu vəziyyətdə sizin təhlükəsizliyinizin təmin olunması üçün hansı tədbirlər gördü?- Ermənistan rəhbərliyi yad ölkədə məni taleyin ümidinə buraxdılar. Ermənistan XİN-i mənimlə əlaqə saxlamadı. Ermənistan hakimiyyətinin mənim təhlükəsizliyimin təmin olunması üzrə konkret addımları Avropa İttifaqı üzvü olan Rumıniya səfirliyinin müdaxiləsindən sonra başladı.

Buna qədər mənim ünvanıma olan müxtəlif təhlükələrə baxmayaraq, Ermənistan hakimiyyəti fəaliyyətsizlik edirdi. Ancaq Gürcüstan səfirliyinin təmsilçilərinin məni hoteldən çıxarmasından və Moldova Xarici İşlər Nazirliyinin Ermənistan Xarici İşlər Nazirliyinə müraciətindən sonra onlar mənim təhlükəsizliyimi təmin edəcəklərini bəyan etdilər...

Xüsusilə qeyd etmək istəyirəm ki, bütün bunlardan sonra, məni aeroporta aparmaq üçün avtomobil veriləndən sonra, otelin girişində küçədə karabinerlər dayanmışdı. Buna görə də, əgər kiminsə mənim həyatıma olan təhlükənin real olduğuna şübhəsi varsa, Ermənistan hakimiyyətinin təzyiq göstəriləndən sonra otelin girişinə niyə karabinerləri cəlb etdiyi sualına cavab versin.- Ermənistanda insan haqları ilə bağlı vəziyyəti necə şərh edərdiniz?- Ermənistanda demokratiya ilə ciddi problemlər var. Təəssüf ki, bu ölkədə demokratik dəyişikliklər barədə danışmaq hələ tezdir. Ermənistandakı konfransda çıxışımın məqsədi də münaqişələr zamanı və dondurulmuş münaqişələrdə insan haqlarının pozulması hallarına ictimaiyyətin diqqətini cəlb etmək idi.

Mənim hansısa ölkələr arasında münasibəti gərginləşdirmək və kimisə alçaltmaq niyyətim yox idi. Hüquq müdafiəçisi kimi mən öz fikrimi bildirdib və hamını buraxılan səhvləri aradan qaldırmağa çağırdım. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri, dünya ictimaiyyətinin işğalçını mühakimə etməsi üzdədir, ancaq heç bir irəliləyiş yoxdur.

Buna görə də, mənim çıxışım ictimaiyyətin insan haqlarının pozulması faktını qəbul etməsinə və belə halların gələcəkdə təkrar olunmaması üçün bunu edən şəxslərin mühakimə olunmasına hesablanmışdı.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya diplomatlarının Şengen zonasında sərbəst hərəkəti qadağan edilə bilər
18:13 26.08.2025
Rusiya diplomatlarının Şengen zonasında sərbəst hərəkəti qadağan edilə bilər
Avaza sammiti - qardaşlıq, əməkdaşlıq və gələcəyə baxış
17:38 26.08.2025
Avaza sammiti - qardaşlıq, əməkdaşlıq və gələcəyə baxış
"Formula 1"ə görə bəzi məktəblərdə məhdudiyyətlər tətbiq edilə bilər
17:28 26.08.2025
"Formula 1"ə görə bəzi məktəblərdə məhdudiyyətlər tətbiq edilə bilər
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
17:25 26.08.2025
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
17:16 26.08.2025
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
17:12 26.08.2025
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
16:55 26.08.2025
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
16:51 26.08.2025
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
Ramiz Rövşənin səhhətində problem yarandı
16:30 26.08.2025
Ramiz Rövşənin səhhətində problem yarandı
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
16:19 26.08.2025
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
16:17 26.08.2025
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
16:12 26.08.2025
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
Prezident ailəsinin yeni - FOTOSU
16:10 26.08.2025
Prezident ailəsinin yeni - FOTOSU
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
16:06 26.08.2025
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
15:52 26.08.2025
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
15:33 26.08.2025
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"