Ermənistanda yeni karantin qaydaları tətbiq ediləcək

Ermənistanda yeni karantin qaydaları tətbiq ediləcək
DÜNYA
19:30 29.11.2021
369
Ermənistanda yanvarın 1-dən koronavirusa qarşı peyvənd olunmayanlar üçün yeni məhdudiyyətlər tətbiq olunacaq.

Bunu səhiyyə naziri Anahit Avanesyan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, peyvənd olunmayan vətəndaşlar mədəniyyət və ictimai iaşə müəssisələrinə girişdə PCR testinin mənfi nəticəsinə dair sənəd, peyvənd olunanlar isə müvafiq sertifikat təqdim edəcəklər.

Həmin tələblərin dövlət poçt operatoru "Haypost” QSC-nin şöbələrinə də şamil oluna biləcəyi qeyd olunub.

Ermənistanda koronavirusa təsdiqlənmiş yoluxma halları 338.120-yə çatıb.
OXŞAR XƏBƏRLƏR