Ermənistanı məğlub edə bilməyən Türkiyənin baş məşqçisi qovulacaq? - AÇIQLAMA

İDMAN
15:17 11.09.2023
291
"Türkiyə milli komandasının ciddi dəyişikliklərə hazırlaşdığını deyə bilərik. Baş məşqçi Stefan Kuntz yaxın günlərdə istefaya göndərilə bilər".


O bildirib ki, Türklyə növbəti görüşdə məğlub olsa, yığmada yeni məşqçi görə bilərik: 

"Əgər Türkiyə millisi növbəti oyunda məğlub olarsa, Abdullah Avcı ilə danışıqlar aparıla bilər. Çünki qrup matçlarında Türkiyə millisi yüksək pillədə ola bilər, amma matç səviyyəsi, keyfiyyətinin o qədər də ürək açan olmadığını görürük. Bu cür səviyyədə keçirilən matçlar Türkiyədə futbola qarşı dərin tənqid yaradır.

O deyib ki, Kuntz Almaniya millisini çalışdıra bilər: 

"Yaponiya milli komandası Almaniya qarşısında təqdirəlayiq bir qələbə əldə etdi. Nəticədə Almaniya milli komanda rəhbərliyi baş məşqçini istefaya göndərdi. Bu səbəbdən Stefan Kuntz Almaniya millisinin baş.məşqçi postuna əsas namizəddir. Yəni, Kuntz hər an Almaniyaya gedə bilər. Abdullah Avcının da böyük ehtimalla Türkiyə milli komandasını çalışdıracağı gözlənilir. Türk millətinin keyfiyyətli oyun görməyə ehtiyacı var. Türkiyə millisi AVRO-2024 qrupundan növbəti mərhələyə vəsiqə qazana bilər, amma yüksək keyfiyyət və potensialla irəliləyə biləcəyini görə bilmirik".

Qeyd edək ki, Türkiyə son matçında doğma meydanda Ermənistanla heç-heçə edib. 

İdman yazarının özəl müsahibəsini təqdim edirik:

OXŞAR XƏBƏRLƏR