Ermənistanın 2 hərbçisi yaralanıb

Ermənistanın 2 hərbçisi yaralanıb
Siyasət
11:42 12.05.2023
259
Ermənistan-Azərbaycan şərti sərhədində baş verən silahlı toqquşma nəticəsində 2 erməni hərbçi yaralanıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Sputnik Armeniya" məlumat yayıb. 

Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, onlardan birinin vəziyyəti ağırdır.

Xatırladaq ki, mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.
Mayın 11-də Azərbaycanla sərhədyanı ərazidə baş verən silahlı toqquşma nəticəsində Ermənistan silahlı qüvvələrinin 4 hərbçisi yaralanıb.
OXŞAR XƏBƏRLƏR