AZXEBER.COM APA -ya istinadən xəbər verir ki, hakim "Vətəndaş Müqaviləsi” Partiyası baş nazir postuna yenidən Nikol Paşinyanın namizədliyini irəli sürüb.
Konstitusiyaya əsasən, yeni hökumətin başçısını Ermənistan Prezidenti Vaaqn Xaçaturyan təyin etməlidir.
Qeyd edək ki, Nikol Paşinyan isə parlamentin ilk iclasının keçirildiyi bu gün Konstitusiyanın tələbinə uyğun olaraq hökumətin istefa verdiyini elan edib.











































