Ermənistanın bir sıra icmalarında "seçkiqabağı" həbslər həyata keçirilir - Səbəb

Ermənistanın bir sıra icmalarında "seçkiqabağı" həbslər həyata keçirilir - Səbəb
DÜNYA
15:19 24.10.2026
185
Ermənistanın bir neçə icmasında seçkiqabağı korrupsiya ilə əlaqədar açılmış cinayət işləri çərçivəsində həbslər həyata keçirilir.

Oxu.Az-ın Ermənistan mediasına istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Antikorrupsiya Komitəsindən bildirilib.

Qurum Artikdə müxalifət nümayəndələrinin saxlanılması ilə bağlı yayılan xəbərlərə bu cür münasibət bildirib.

Komitədən qeyd ediblər ki, hazırda əməliyyat tədbirləri davam edir və istintaqın maraqları baxımından, hələlik daha ətraflı məlumatın verilməsi mümkün deyil.

Öz növbəsində, jurnalist Nairi Ohikyan Aşağı Qaranlıqda (Martuni) "Bizim icma" müxalifət blokunun 5 üzvünün, o cümlədən bələdiyyə sədri postuna namizəd Aram Karapetyanın saxlanıldığını xəbər verib. Ohikyan sosial şəbəkələrdə polisin müxalifətçiləri "naməlum istiqamətə" apardığını yazıb.

Qeyd edək ki, sabah Cəlaloğlu (Stepanavan), Artik, Aşağı Qaranlıq (Martuni) və bir sıra digər icmalarda yerli özünüidarəetmə orqanlarına seçki keçiriləcək.
OXŞAR XƏBƏRLƏR