"Ermənistanın danışıqları qəsdən uzatması regiondakı şəraitə mənfi təsir göstərir" - Zakir Həsənov

SİYASƏT
12:11 05.12.2013
968

Ermənistanın danışıqları qəsdən uzatması regiondakı şəraitə mənfi təsir göstərir

AZXEBER.COM Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bunu ABŞ Dövlət Katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Erik Rubini qəbul edərkən deyib.

Qonaq Müdafiə nazirini yeni vəzifəyə təyin edilməsi münasibəti ilə təbrik edərək, ona gələcək işlərində uğurlar arzulayıb.

Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini, bunun nəticəsində sülh prosesinin yubanmasını və danışıqların qəsdən uzadılmasının regiondakı şəraitə mənfi təsir göstərməsini diqqətə çatdırıb.

ABŞ-Azərbaycan əlaqələrinin müxtəlif sahələr üzrə səmərəli davam etdiyini bildirən müdafiə naziri ikitərəfli hərbi əməkdaşlıq istiqamətində uğurların olduğunu və bundan sonrakı fəaliyyətlərin inkişaf persektivlərini də qeyd edib.

Bölgədəki vəziyyətə münasibətini bildirən amerikalı qonaq, regionda sülhün bərqərar olması üçün ABŞ-ın apardığı səylərə və əlaqələrin genişlənməsi təşəbbüslərinə də toxunub.

Daha sonra regional və ikitərəfli əməkdaşlıqla bağlı digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Riçard Morninqstar da iştirak edib.

OXŞAR XƏBƏRLƏR