Ermənistanın ən aparıcı şirkəti də çökdü

Ermənistanın ən aparıcı şirkəti də çökdü
Bütün Xəbərlər
13:52 26.09.2012
1166
Ermənistanın milli aviadaşıma şirkəti olan "Armavia" iflasa uğrayıb.
ANS PRESS-in Ermənistan mətbuaına istinadən verdiyi məlumata görə, şirkətin mətbuat katibi Nana Avetisova məlumatı təsdiqləyib.
O, "Armavia"nı İtaliya şuirkətlərindən birinin ala biləcəyini bildirib: "Şirkət artıq gəlirlə işləmir. Böhran "Armavia"nı çökdürdü". "Armavia"nın səhmlərinin hansı məbləğdə satılacağı isə bildirilmir.
Qeyd edək ki, Ermənistanda ağır iqtisadi vəziyyət yerli şirkətlərin bir-bir sıradan çıxması ilə nəticələnir. Ermənistanın ən aparıcı şirkətlərindən sayılan "Armavia"nın satılması isə bu ölkənin real iqtisadiyyatının faktiki mövcud olmadığını sübut edir.
OXŞAR XƏBƏRLƏR