“Ermənistanın işğalçılıq siyasətinə son qoyulmalıdır”

“Ermənistanın işğalçılıq siyasətinə son qoyulmalıdır”
SİYASƏT
15:25 17.09.2013
1351

“Ermənistan Silahlı Qüvvələrinin Dağlıq Qarabağı və Azərbaycanın yeddi ətraf rayonunu işğal altında saxlamaqda davam etməsi beynəlxalq hüququn, o cümlədən, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş 822, 853, 874 və 884 saylı qətnamələrinin pozulması kimi qiymətləndirilməlidir”. 

APA-nın məlumatına görə, bunu Avropa Parlamentinin üzvü Vasilika Viorika Dancila Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair Avropa Azərbaycan Cəmiyyətinin (AAC) sorğusuna cavabında bəyan edib.

O, qətnamələrin qəbulundan 20 il keçməsinə baxmayaraq, Ermənistanın beynəlxalq hüququ pozaraq, Dağlıq Qarabağ və yeddi ətraf rayonun işğalını davam etdirdiyini bildirib: “Buna son qoyulmalıdır. Azərbaycanlı məcburi köçkünlər Azərbaycanın işğal altındakı ərazilərinə təhlükəsiz qayıtmaq hüququnu özündə saxlayırlar. Azərbaycan Avropa Qonşuluq Siyasətinin bir hissəsidir və Avropa Birliyi tərəfdaş ölkələrlə sülhsevər münasibətlərin qurulmasında çox maraqlıdır. Odur ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Avropa nöqteyi-nəzərindən çox vacibdir.

Avropa Birliyi hər zaman bəyan edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tezliklə öz həllini tapmalıdır. Misal kimi, 2010-cu ilin mayında Dağlıq Qarabağda keçirilmiş qondarma parlament seçkilərini və ya 2012-ci ilin iyulunda keçirilmiş qondarma prezident seçkilərini göstərmək olar. Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, xanım Ketrin Eşton sözügedən seçkilərin qeyri-legitimliyini açıq şəkildə bəyan edib. Beynəlxalq hüquq Dağlıq Qarabağı tanımır və bu seçkilər işğala dair mövcud “status-kvo”nun yolverilməzliyi fikrini daha da gücləndirdi.  Belə bir vəziyyət Avropa Birliyinin marağında ola bilməz”.

 Vasilika Viorika Dancila Avropa Birliyinin ATƏT və Minsk Qrupu ilə birlikdə regionda münaqişənin sülh yolu ilə həllinə nail olmaq, xüsusilə də, Dağlıq Qarabağ məsələsi və məcburi köçkünlərin qayıtmasına kömək etmək məqsədilə Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb: “Vacib olan odur ki, o, regiondakı digər beynəlxalq tərəfdaşları ilə birgə addım ataraq, tərəfləri sülh danışıqlarının bərpa olunmasına həvəsləndirir”. 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
04:32 11.03.2026
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb