Ermənistanın sabiq baş naziri: “İqtisadiyyatımız çökür”

Ermənistanın sabiq baş naziri: “İqtisadiyyatımız çökür”
Bütün Xəbərlər
12:00 26.10.2011
1502
Ermənistanın sabiq baş naziri Hrant Baqratyan ölkəsinin 15 ildir ki, yerində saydığını bildirib.
ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, sabiq baş nazir keçirdiyi mətbuat konfransında erməni jurnalistlərdən birinin “Ermənistan iqtisadiyyatında çöküş gözlənilirmi?” sualına cavab verib.
“Bizim iqtisadiyyatımız artıq indidən çöküb. Ermənistan iqtisadiyyatında növbəti silkələnmə gələn il gözlənilir. Gələn il ölkədə inflyasiya 5-6 faiz təşkil edəcək. Əmək haqqlarının artımı isə - 0 faiz olacaq. Sizə daha hansı silkələnmə lazımdır? 6 faiz o deməkdir ki, sən daha da pis yaşayacaqsan. Son 3 ildə Ermənistanda istehlak mallarının qiyməti 35 faiz bahalaşıb, əmək haqqları isə - 6 faiz artıb”, - deyə Hrant Baqratyan bildirib.
OXŞAR XƏBƏRLƏR