Ermənistanın siyasi hakimiyyəti bir neçə çətin addım atmalıdır - Rusiyalı ekspert

Ermənistanın siyasi hakimiyyəti bir neçə çətin addım atmalıdır - Rusiyalı ekspert
SİYASƏT
09:27 22.10.2020
971
Ermənistan bu illər ərzində əsassız şəkildə status-kvonun dəyişməzliyinə əmin olan və öz ölkəsinin gələcəyini düşünmək zərurəti hiss etməyən nəsillər yetişdirib.

Bunu Trend-ə rusiyalı ekspert Qalina Niyazova deyib.

O bildirib ki, bu müddət ərzində isə Azərbaycan Silahlı Qüvvələrdə, ölkə iqtisadiyyatında, dövlətin xarici siyasi statusunda islahatlar keçirmək üçün böyük səy göstərib: "Ermənistan itirilmiş illərini qaytara bilməyəcək. Bu ölkə öz əlində olanları inkişafa və öz gücünü artırmağa yox, özünün dəyəri və qorxusuzluğuna inandırmağa sərf edib”.

Ekspertin sözlərinə görə, son həftələrin təcrübəsi göstərdi ki, Azərbaycanın motivasiyalı və yaxşı təlim keçmiş ordusu daha güclüdür. Ermənistanın siyasi hakimiyyəti bundan sonra bir neçə çətin addım atmalıdır: "Birincisi, öz əhalisinə etiraf etməlidir ki, Azərbaycan qoşunları həqiqətən də öz ərazilərini azad edir. İkincisi, hələ də nəyə görə döyüşdüklərini anlamayan hərbçi analarına elan etmək lazım olacaq ki, itkilər rəsmi statistikadan daha çoxdur. Bunu əslində ilk gündən etmək lazım idi. İşğal olunmuş ərazilərdə yaşayan dinc sakinlərə başa salmaq lazım idi ki, onların yaşadığı evləri özgələrinindir. Bu evlərin 27 il əvvəl məcburi köçkün olmuş sahibi gələn kimi oranı boşaltmaq lazımdır. Öz xalqını məlumatsızlıqda saxlamaq, dünya ictimaiyyətini aldatmaq beynəlxalq hüquq və şəxsiyyət hüquqlarına hörmətsizlikdir”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
20:24 18.10.2026
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Zelenski bunu "tarixi səhv" adlandırdı
20:21 18.10.2026
Zelenski bunu "tarixi səhv" adlandırdı
Fransa Hesablama Palatasının sədri: Dövlət borcu ölkəni maliyyə tələsinə düşməklə təhdid edir
20:13 18.10.2026
Fransa Hesablama Palatasının sədri: Dövlət borcu ölkəni maliyyə tələsinə düşməklə təhdid edir
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
20:07 18.10.2026
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
"Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram"
19:56 18.10.2026
"Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram"
1698-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
19:52 18.10.2026
1698-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
Konqo Demokratik Respublikasının səkkizinci əyalətində Ebola epidemiyası təsdiqlənib
19:42 18.10.2026
Konqo Demokratik Respublikasının səkkizinci əyalətində Ebola epidemiyası təsdiqlənib
Rusiyadan baş nazirin ittihamlarına cavab
19:32 18.10.2026
Rusiyadan baş nazirin ittihamlarına cavab
Sumqayıtda tikilidə təmir işləri aparan şəxs xəsarət alıb
19:22 18.10.2026
Sumqayıtda tikilidə təmir işləri aparan şəxs xəsarət alıb
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:16 18.10.2026
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
Əraqçi: Təhdidlərə boyun əyməyəcəyik
19:10 18.10.2026
Əraqçi: Təhdidlərə boyun əyməyəcəyik
Netanyahu: İsrail iki il ərzində bütün cəbhələrdəki tapşırıqları başa çatdırmalıdır
19:00 18.10.2026
Netanyahu: İsrail iki il ərzində bütün cəbhələrdəki tapşırıqları başa çatdırmalıdır
Pakistan və İranın XİN rəhbərləri arasında telefon danışığı oldu
18:53 18.10.2026
Pakistan və İranın XİN rəhbərləri arasında telefon danışığı oldu
UEFA Çempionlar Liqası: "Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
18:48 18.10.2026
UEFA Çempionlar Liqası: "Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Səudiyyə Ərəbistanı ilə husilər arasında hərbi qarşıdurma genişlənir
18:43 18.10.2026
Səudiyyə Ərəbistanı ilə husilər arasında hərbi qarşıdurma genişlənir
ABŞ energetika naziri: Rusiya neftinə qarşı sanksiyalar yumşaltmayıb
18:38 18.10.2026
ABŞ energetika naziri: Rusiya neftinə qarşı sanksiyalar yumşaltmayıb