Ermənistanın təhlükəsizliyi ilə bağlı məsələdə yeniliklər olacaq - Paşinyan mesaj verdi

Ermənistanın təhlükəsizliyi ilə bağlı məsələdə yeniliklər olacaq - Paşinyan mesaj verdi
SİYASƏT
12:47 15.09.2025
284
Ermənistanın təhlükəsizliklə bağlı yanaşmasında ciddi dəyişikliklər baş verəcək. 

AZXEBER.COM Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan 15 sentyabrda keçirilən "Kompleks təhlükəsizlik və dayanıqlılıq 2025” beynəlxalq konfransında çıxış edərkən bildirib. 

Paşinyan qeyd edib ki, əvvəl Ermənistanın təhlükəsizliyini təmin etmək üçün əsas vasitələr hərbi-siyasi ittifaqlar və ordu hesab olunurdu. Lakin bu yanaşma Dağlıq Qarabağ ətrafında baş verən hadisələr kontekstində işləmədi. 

Baş nazirin sözlərinə görə, KTMT "Azərbaycanın ərazi bütövlüyü” dedikdə həmişə Dağlıq Qarabağı da nəzərdə tutub. Rusiya prezidenti bunu 2020-ci il noyabrın 18-də və dekabrın 17-də təsdiqləyib və bəyan edib ki, beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir və həmişə belə qəbul olunub. 

Eyni zamanda o bildirib ki, 2021-ci ilin mayında və 2022-ci ilin sentyabrında Ermənistan KTMT-yə müraciət etsə də, sərhədlərin delimitasiya olunmaması səbəbindən konkret müdaxilə edilməyib. 

Paşinyan vurğulayıb ki, bu hadisələr nəticəsində Ermənistan öz ərazi bütövlüyünü dəqiqləşdirməli olub.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR