"Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasının sürətləndirilməsini dəstəkləyirik"

"Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasının sürətləndirilməsini dəstəkləyirik"
SİYASƏT
11:57 28.07.2025
113
İran hakimiyyəti Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasının sürətləndirilməsini dəstəkləyir.

Bunu İran Xarici İşlər Nazirliyinin sözüçüsü İsmayıl Bəqai iyulun 28-də keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, İslam Respublikası hər iki ölkəni bu məsələ üzərində işi davam etdirməyə çağırır.

Sözçü qeyd edib ki, İran həmişə nəqliyyat yollarının inkişafını dəstəkləyib və bu, iqtisadi inkişaf baxımından mühüm məsələdir:

"Biz marşrutların genişləndirilməsi ilə razıyıq. Ancaq marşrutların inkişafı regionun geosiyasətində dəyişikliklərə gətirib çıxarmamalıdır. Digər məsələ başqa regionlardan oyunçuların regiona daxil olması məsələsidir ki, bu da regionun inkişafı və təhlükəsizliyi maraqlarına cavab vermir".

İ.Bəqai Cənubi Qafqazdakı hadisələr və İranın bu məsələdə mövqeyinin dəyişmədiyini də vurğulayıb.
 
///report
OXŞAR XƏBƏRLƏR