"Ermənistanla yaxın dövrdə sülh müqaviləsinin imzalanması mümkündür" - Deputat

"Ermənistanla yaxın dövrdə sülh müqaviləsinin imzalanması mümkündür" - Deputat
SİYASƏT
17:58 15.05.2023
239
Avropa İttifaqı Şurasının Prezidentinin təşkilatçılığı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə 14 may tarixli sayca beşinci görüşü keçirilib.

Milli Məclisin deputatı Naqif Həmzəyev Brüssel görüşünün nəticələri ilə bağlı AZXEBER.COM-a açıqlama verib.

"Brüsseldə baş tutan üçtərəfli görüş Azərbaycan diplomatiyasının növbəti uğuru kimi dəyərləndirilməlidir. Çünki bu görüşdən sonra verilmiş bəyanatdan belə bir nəticəyə gəlmək olur ki, Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü tanıdığını təsdiqləyir. Bu isə o deməkdir ki, Ermənistan Azərbaycana ərazi iddialarından əl çəkir. Azərbaycan ərazilərində yaşayan ermənilərin məskunlaşdığı ərazilərə dair heç bir statusla bağlı istəkləri və iddiaları yoxdur. Bununla yanaşı verilmiş bəyanatlarda "Dağlıq Qarabağ” sözünün keçməməsi, Laçın yolunda qurulan nəzarət-keçid məntəqəsi ilə bağlı heç bir cümlənin olmaması o deməkdir ki, ermənilərin bu məsələlərlə bağlı artıq iddiaları yoxdur. Azərbaycanın suverən məsələlərinə qarışmırlar. Avropa İttifaqı da bunu anlayır.
 
Deputat deyib ki, Fransa Brüssel görüşünə maneə olmaq istəyib: 

"Brüssel görüşünün yenidən bərpa edilməsi, üçtərəfli görüşün Şarl Mişelin moderatorluğu ilə keçirilməsi faktiki olaraq Fransanın bu proseslərdən kənarda qalması deməkdir. Fransa Brüssel formatına müdaxilə edərək, bu formatda görüşlərin keçirilməsinə maneələr törədirdi. Proseslərdə yubanmalar müşahidə edilirdi. Bu baxımdan artıq Avropa İttifaqı da anlayır ki, Azərbaycan Avropa Şurasının moderatorluğu ilə keçirilən görüşlərdə Fransanı masada görmək istəmir. Başqa bir vasitəçinin bu formata daxil edilməsi bizim tərəfimizdən qəbul edilən deyil. Çünki Fransa açıq formada Ermənistanı dəstəkləyir. Ermənistanın sülh prosesində irəliləməsinə maneəçilik törədir. Ermənistanın silahlandırılmasına töhfə verir. Bu baxımdan da Brüssel görüşün əhəmiyyəti çoxdur. Ümid edirik ki, ABŞ-da baş tutan görüşdən sonra Brüssel görüşündə dövlət rəhbərlərini bir araya gəlməsi bu formatda görüşlərin davam etdirilməsi ilə nəticələnəcək”.

Millət vəkilinin sözlərinə görə Ermənistan verdiyi öhdəlikləri tutacağı təqdirdə yaxın dövrdə sülhün baş verməsi mümkün olacaqdır:

‘Sülh prosesinin baş verməsi üçün baza prinsipləri əsasında anlaşma imzalana bilər. Ancaq sərhədlərin tanınması, delimitasiya və demarkasiya məsələləri müəyyən zaman alacaq. Sülh anlaşması olacağı təqdirdə regionda uzunmüddətli və dayanıqlı sülhə biz daha da yaxınlaşacağıq. Kommunikasiyaların bərpa edilməsi mümkün olacaq. Azərbaycan-Ermənistan arasında münasibətlər normallaşacaqdır. İrimiqyaslı hərbi toqquşmaların təxribatların olma ehtimalı azalacaq. Bu region dövlətlərinin inkişafına töhfə vercəkdir”.

Şəbnəm Zahir
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ukrayna ABŞ-nin 30 günlük atəşkəs təklifini qəbul etməyə hazırdır
22:24 11.03.2025
Ukrayna ABŞ-nin 30 günlük atəşkəs təklifini qəbul etməyə hazırdır
Mənsum İbrahimov qızıl medalla təltif olundu - FOTO
22:10 11.03.2025
Mənsum İbrahimov qızıl medalla təltif olundu - FOTO
Tanınmış cərrah vəfat etdi
22:06 11.03.2025
Tanınmış cərrah vəfat etdi
KİV: ABŞ-Ukrayna danışıqları başa çatıb
21:59 11.03.2025
KİV: ABŞ-Ukrayna danışıqları başa çatıb
Sertifikasiya imtahanında hansı müəllimlərin iştirak edə bilməyəcəyi açıqlanıb
21:47 11.03.2025
Sertifikasiya imtahanında hansı müəllimlərin iştirak edə bilməyəcəyi açıqlanıb
İftar vaxtı - 12 mart 2025: Ramazanın 12-ci günü
21:41 11.03.2025
İftar vaxtı - 12 mart 2025: Ramazanın 12-ci günü
Leyla və Arzu Əliyevalar İsmayıllıda - FOTOLAR
21:33 11.03.2025
Leyla və Arzu Əliyevalar İsmayıllıda - FOTOLAR
Xankəndi, Xocalı və Ağdərədə bayram tonqalları qalanıb - FOTOLAR
21:27 11.03.2025
Xankəndi, Xocalı və Ağdərədə bayram tonqalları qalanıb - FOTOLAR
131 nəfər hərbi qulluqçu yeni mənzillə təmin olunacaq
21:03 11.03.2025
131 nəfər hərbi qulluqçu yeni mənzillə təmin olunacaq
Basketbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçı bəlli olub
20:57 11.03.2025
Basketbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçı bəlli olub
Rəna Nəsirova yeni vəzifəyə təyin olundu
20:54 11.03.2025
Rəna Nəsirova yeni vəzifəyə təyin olundu
Rəşad Nəbiyev İspaniyanın Ticarət məsələləri üzrə dövlət katibi ilə görüşüb
20:45 11.03.2025
Rəşad Nəbiyev İspaniyanın Ticarət məsələləri üzrə dövlət katibi ilə görüşüb
Paşinyan QORXU İÇİNDƏ: “Güc dili ilə danışarsa, daha ağır məğlubiyyətlə üzləşə biləcəyini yaxşı anlayır”
20:38 11.03.2025
Paşinyan QORXU İÇİNDƏ: “Güc dili ilə danışarsa, daha ağır məğlubiyyətlə üzləşə biləcəyini yaxşı anlayır”
Zərərçəkmişlər Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib
20:30 11.03.2025
Zərərçəkmişlər Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib
“Ruben elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb”
20:27 11.03.2025
“Ruben elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb”
Azərbaycan və Türkiyə arasında dini sahədə əməkdaşlığın daha da təkmilləşdirilməsi müzakirə edilib
20:14 11.03.2025
Azərbaycan və Türkiyə arasında dini sahədə əməkdaşlığın daha da təkmilləşdirilməsi müzakirə edilib