Ermitaj (Rusiya) muzeyi təhlükəsizliyə təhdidlə bağlı anonim məlumat səbəbindən ziyarətçilər üçün müvəqqəti olaraq bağlanıb.
Bu barədə muzeyin teleqram kanalında bildirilib.
"Aprelin 15-də Ermitaja təhlükəsizlik rejiminə təhdid edən anonim məlumat daxil olub. Binalara giriş müvəqqəti olaraq bağlanıb, ekspozisiya zalları və xidməti otaqlar yoxlanılır", - məlumatda qeyd olunub.
Muzeydən bildirilib ki, aprelin 15-i üçün alınmış biletlər başqa gün və ya yoxlama başa çatdıqdan sonra etibarlı olacaq.