Beynəlxalq birliyin bütün çağırışlarına baxmayaraq Suriya iqtidarı müxalifəti əzməyə davam edir.
AZXEBER.COM portalının “trtazerbaycan”a istinadən verdiyi xəbərə görə, ordu hissələri Humus şəhərinin 20 kilometrliyində yerləşən Rastan qəsəbəsini tank atəşinə tutub.
Hücumun hədəfində bu dəfə ordudan qaçıb müxalifətə qoşulan əsgərlər olub.
Hücumlarda 3 nəfərin yaralandığı bildirilib.
İnsan haqlarını müdafiə təşkilatları ölkədə nümayişlərin başladığı mart ayından bəri 2700-dən çox insanın öldüyünü bildiriblər.
Hüquq müdaifəçiləri eyni zamanda ən ağır qətliamların Hama və Humusda törədildiyini qeyd ediblər.