Əsassız qiymət artıran daha bir market cəzalandırıldı

Əsassız qiymət artıran daha bir market cəzalandırıldı
Bütün Xəbərlər
16:01 11.03.2015
1028
Yoxlama zamanı istehlakçıların qiymətdə aldadıldığı müəyyən edilib.
Azərbaycanda əsassız qiymət artımına yol verən daha bir market cəzalandırılııb.
İqtisadiyyat və Sənaye Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Pirallahı rayonunda Vəfa Abbasovaya məxsus "Laçın" marketdə yoxlama aparılıb.
Yoxlama zamanı istehlakçıların qiymətdə aldadıldığı müəyyən edilib.
Belə ki, marketdə təklif olunan malların nəzarət kassa aparatının yaddaşında olan qiymətlərinin yarlığındakı qiymətlərdən artıq olmaqla istehlakçıların qiymətdə aldadıldığı aşkar olunub.
Əsassız qiymət artımına yol vermiş şəxs barədə qanunvericiliyə uyğun tədbir görülüb.
OXŞAR XƏBƏRLƏR