Esat Yontuç Türkiyəyə gəlir - "Başım dikdir"

Esat Yontuç Türkiyəyə gəlir  - "Başım dikdir"
MAQAZİN
16:07 21.01.2026
288
Xəvbər verdiyimiz kimi, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan narkotik araşdırması çərçivəsində sosial media fenomeni Bilal Hancı və Mehmet Üstündağ, Abdi İbrahim sahibi Nezih Barutun oğlu İbrahim Barut və Huzur Giyim sahibi Turqut Gençalın oğlu Abdullah Gençal dünən saxlanılaraq istintaqa cəlb olunublar.
 
AZXEBER.COM xəbər verir ki, xaricdə olduğu müəyyən edilən şübhəlilərdən birinin "Acun Medya"nın baş koordinatoru Esat Yontunç olduğu məlum olmuşdu.
 
Yontunç haqqında həbs qərarı verilib.
 
Haqqında saxlanılma qərarı olan "Acun Medya"nın baş koordinatoru Esat Yontunç ilk aşıqlamasını verib:

"Hayatım boyunca bu kimi işlərlə hər hansı bir əlaqəm olmamışdır. Alnım ağ, başım gdikdir. Özümə güvənirəm. İlk təyyarə ilə vətənimə gəlirəm".
 
Qeyd edək ki, Esat Yontuç hazırda "Survivor" verilişinin çəkilişləri üçün Dominikan adasındadır.
 
Aysel
OXŞAR XƏBƏRLƏR