Əsədullayevin bankında pay bölgüsü dəyişikliyi

Əsədullayevin bankında pay bölgüsü dəyişikliyi
Bütün Xəbərlər
16:31 19.11.2015
1249
“AGBank” ASC-nin səhmdarlarının sayında və pay bölgüsündə ciddi dəyişiklik baş verib.
AZXEBER.COM  “APA-Economics”ə istinadən xəbər verir ki, bankın Müşahidə Şurasının sədri və əsas səhmdarlarından biri olan Çingiz Əsədullayev nizamnamə kapitalında payını 23,096%-dən 23,270%-dək artırıb. Bundan başqa, minoritar səhmdarların sayı 65-dən 61-ə enib, onların bankın kapitalındakı ümumi payı isə 25,637%-dən 31,463%-dək artıb. Anlaşılan budur ki, 4 minoritar səhmdar payını satıb.
Bankdan xəbəri təsdiqləyiblər. Bildirilib ki, minoritar səhmdarlar öz paylarını C. Əsədullayevə satıblar.
Digər majoritar səhmdarların kapitalda payı dəyişilməz olaraq qalıb. Belə ki, Beynəlxalq Maliyyə Korporasiyası kapitalda 17,5%, “Kazimir Partners” şirkəti 10%, Yusifov Fərzulla (Müşahidə Şurasının üzvü) 17,767%-lik paya malikdirlər.
OXŞAR XƏBƏRLƏR